Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Aİ Azərbaycana münaqişə sonrası dövrdə yardım göstərməyə hazırdır

118 Baxış

Avropa İttifaqı bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistana yardım göstərməyə hazırdır.

TASS xəbər verir ki, bunu Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı bəyan edib.

“Mən Azərbaycan rəsmiləri ilə Qarabağdakı postmünaqişə vəziyyətini və Aİ-nin necə yardım göstərə biləcəyini müzakirə etdim. Aİ münaqişə sonrası dövrdə uzunmüddətli sülhün bərqərar olması üçün yardım göstərməyə hazırdır”, – deyə o bildirib.

Komissarın sözlərinə görə, tərəflər mina xəritələrilə erməni məhbusların mübadiləsini həyata keçirməklə artıq bu istiqamətdə addımlar atıblar.

“Aİ bu mübadiləni alqışlayır. Biz həm maliyyə, həm də digər vasitələrlə bu addımların davamlı olması üçün yardım etməyə hazırıq. Bizim bölgənin bərpası məqsədilə göstərdiyimiz səylər hər iki tərəf üçün də şəffaf və əlçatandır”, – deyə Aİ rəsmisi əlavə edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678