Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qoşulmama Hərəkatının fəaliyyəti aktiv fazaya keçib – ŞƏRH

130 Baxış

“Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəndən sonra təşkilatın fəaliyyəti aktiv fazaya keçdi”.

Bunu Oxu.Az-a açıqlamasında politoloq Qabil Hüseynli Qoşulmama Hərəkatının fəaliyyətini şərh edərkən deyib.

Ekspert 2020-ci ilin mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildiyini xatırladıb.

Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi koronavirus pandemiyasına qarşı mübarizədə səfərbərliyi təmin etmək üçün ardıcıl təşəbbüslərlə çıxış etməsi beynəlxalq arenada yüksək qiymətləndirilib.  

“Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bəşəriyyətə təhdid yaradan koronavirus pandemiyasının təsirlərinin aradan qaldırılması barədə məsələni BMT-nin gündəminə gətirdi. Ötən ilin dekabrında cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirildi. Dünya ölkələri, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlər bu təşəbbüsü yüksək dəyərləndirdilər”, – deyə Q.Hüseynli əlavə edib.

Q.Hüseynli Qoşulmama Hərəkatının Azərbaycanın mövqeyini müdafiə edən qərarların qəbul edilməsində böyük rol oynadığını da xatırladıb.

“Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2 illik müddətinə qeyri-daimi üzvü seçilmişdi. Həmin zaman bir çox ölkələr BMT Təhlükəsizlik Şurasının üzvü seçilmək uğrunda yarışırdılar. Ancaq Qoşulmama Hərəkatına üzv ölkələrin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzvlük Azərbaycanın xeyrinə həll olundu”.

Ekspert Qoşulmama Hərəkatının Vətən müharibəsində Azərbaycana qətiyyətli dəstək göstərdiyini də xatırladıb.  

Qoşulmama Hərəkatına 120 dövlət üzvdür. Bununla yanaşı, qurumda Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatı, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlət iştirak edir.

2019-cu ilin oktyabrın 25-də Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana (2022-ci ilədək) keçib.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678