Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rusiya XİN: “Bu, birgə infrastruktur layihələrinin mərhələli şəkildə icrasına başlamağa imkan verərdi”

136 Baxış

Regional sabitlik məsələsi Rusiya prezidentinin iyulun 7-də Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və iyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqların gündəliyində duran mərkəzi məsələ idi.

Əsas odur ki, bölgədəki problemlərin mürəkkəbliyi və miqyasına baxmayaraq,  Rusiya, Azərbaycan və Ermənistan liderləri, optimal həll yollarını tapmaq üçün birgə fəaliyyətə davam etmək əzmini təsdiqlədilər. Həmçinin, Cənubi Qafqazda kommunikasiyaların bərpası perspektivini açan 10 noyabr 2020-ci və 11 yanvar 2021-ci il tarixli müqavilələrdə nəzərdə tutulmuş qərarların ardıcıl və hərtərəfli şəkildə həyata keçirilməsində qətiyyətli olduqlarını bildirdilər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bəyan edib.

“Məmnuniyyətlə qeyd edirik ki, baş nazir müavinlərinin həmsədrliyi ilə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin razılaşmalarına uyğun olaraq yaradılmış üçtərəfli işçi qrupu bir neçə dolğun müzakirələr keçirdi, nəqliyyat və iqtisadi əlaqələrin bərpası üçün lazımi tədbirləri müəyyənləşdirdi. Ümid edirik ki, yaxın gələcəkdə işçi qrup görüşlərini bərpa edə biləcək. Bizim nöqteyi-nəzərimizdən bu, birgə infrastruktur layihələrinin mərhələli şəkildə icrasına başlamağa imkan verəcək ki, bu da öz növbəsində hər iki tərəfin, həm Azərbaycan, həm də Ermənistan və bütövlükdə Cənubi Qafqazın maraqlarına tam cavab verir”, -deyə Zaxarova qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678