Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

AKP-nin Azərbaycan səfərinin gündəliyi AÇIQLANDI

134 Baxış

İyunun 25-də Azərbaycana gələcək Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyətinin səfər gündəliyi açıqlanıb.

“Anadolu” agentliyi xəbər verir ki, səfər AKP ilə Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) arasında iyun ayında Ankarada imzalanmış Əməkdaşlıq Protokoluna uyğun olaraq təşkil edilir.

AKP nümayəndə heyəti Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, YAP-ın sədr müavini Tahir Budaqov və baş nazirin müavini Əli Əhmədovla görüşlər keçirəcək.

Dörd günlük səfər çərçivəsində AKP nümayəndə heyətini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edəcək.

Səfərin son günü, 28 iyul tarixində Türkiyə nümayəndə heyəti Gəncədə “Milli mənəvi dəyərlərə bağlılıq və yeni əməkdaşlıq imkanları” mövzusunda konfransda iştirak edəcək.

Konfransdan sonra birgə mətbuat konfransı keçiriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678