Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat: “Azərbaycan Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi”

159 Baxış

Noyabrın 10-u bütün Azərbaycan xalqı üçün yeni zəfər dolu qələbə bayramı ilə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan ordusunun gücünü və qürurunu bir daha sübut etdi. 

Bunu Milli Məclisinin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a deyib.

O bildirib ki, 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlmiş fəaliyyətimiz sentyabr ayının 27-dən başlayan əks-hücum əməliyyatları ilə 42 günlük Vətən müharibəsindən sonra Şuşanın işğaldan azad olunması ilə bitdi. Belə ki, müzəffər Azərbaycan ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi:

“Ermənistanın Rusiya Federasiyasına rəsmən müraciət etməsi Rusiyanın bilavasitə iştirakı ilə Azərbaycan-Ermənistan arasında doqquz bəndi özündə əks etdirən bəyanatın imzalanması ilə nəticələndi. 

Bu bəyanat qan tökülməsinin qarşısının alınması, insanların yaşamaq hüququnun təmin olunması, eləcə də Qarabağda Azərbaycanın suverenliyinin təmin edilməsi –  Azərbaycanın çətinliklə əldə olunan davamlı qələbəsidir. 

Xüsusilə, 30 illik işğal altında olan Qarabağın hər bir rayonunun noyabr ayının sonunadək Ermənistan Respublikasının silahlı qüvvələrindən tamamilə təmizlənməsi Qarabağ ərazisində yaşayan və yaşayacaq Azərbaycan vətəndaşlarının burada Azərbaycan sərhədləri və qanunları çərçivəsində yaşamağa başlamalarını təmin etməklə, qısa müddət ərzində Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, Ali Baş Komandanın əmrlərinin, həmçinin, Azərbaycanın ərazi vahidi olaraq bütün hüquq və normalarına uyğun idarəçiliyin təkmilləşməsinə imkan verəcək”. 

Deputat bildirib ki, bəyanat, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarının iştirakı ilə sülhün, əmin-amanlığın qorunmasına yönəlik sülhməramlı mərkəzlərin təşkil olunmasına, hərbi əsrlərin, girovların, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsinə şərait yaradacaq:

“Bu bəyanat beynəlxalq hüquq və prinsiplərə, ədalətli, uzunmüddətli son sülh müqaviləsinin imzalanmasına təkan verəcək. Bu, doğrudan da Azərbaycan xalqının, bütün Azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu andır. 

Bu gün Azərbaycan xalqının dəmir yumruq kimi bir olmasının nəticəsidir ki, Azərbaycanın Ali Baş Komandanı həmin dəmir yumruğu hədəfli olaraq düşmənin başına zərbə kimi endirdi. Qürurlu və güclü xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək yenilməz Azərbaycan sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını davamlı edərək, daha böyük Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcək”. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678