Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir müavini: “İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı əmri tam icra edilib”

127 Baxış

“Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı Fövqəladə Hallar Nazirliyinin qarşısında qoyduğu əmr tam olaraq icra edilib”.

“Report” xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, avqustun 12-də Muğla “böhran mərkəzi”ndə keçirilən toplantıda rəsmi olaraq yanğınların tam söndürülməsi haqqında məlumat verilib:

“Bu müddətdə yerli yanğınsöndürənlər yanğınların söndürülməsi, soyudulması və ağacların kəsilməsinə nail olub. Bizim və yerli yanğınsöndürənlərin məqsədi yanğınların strateji və insanların məskunlaşdığı bölgələrə yaxınlaşmasının qarşısını almaq olub”.

Nazir müavini əlavə edib ki, Milas, Yeniköy istilik-elektrik stansiyası, Kəmərköy istilik-elektrik stansiyasında yanğınlar çox şiddətli olub:

“Bunların söndürməsi və mühafizəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları böyük fədakarlıq göstəriblər”.

O bildirib ki, iyulun 30-dan başlayaraq FHN-nin yanğın-xilasetmə qrupu 4 mərhələdən etibarən Türkiyənin Muğla vilayətinə gəlib :

“Bura gəldiyimiz ilk günlərdə yanğınlara qarşı mübarizədə iştirak etmişik. Adıçəkilən bölgələrdə baş verən yanğınlar söndürülüb. Hazırda həmin bölgələrdə əməkdaşlarımız növbəli rejimlə mühafizə işləri aparırlar”.

Nazir müavini vurğulayıb ki, bundan əlavə olaraq qüvvələrimiz Köyceyiz rayonunun Pınar, Karayer, Kavakcık, Çayhisar, Zeytunalanı, Otmanlar, Çöğənli yaylaqları istiqamətində yanğınlarla mübarizə aparıblar: 

“Yatağan bölgəsində, Hacıvelilər, Yumaklı, həmçinin Aydın vilayətinin Çinə, Akçaova, Kabaklıdərə bölgəsində Kabaklı-Hüseyn yaylasında, Seyidli-Kəmər bölgəsində, Menteşə mərkəzində, Muğlanın düzənlik sahəsi, Kozaağac və Yılanlı dağ silsiləsində yanğınların söndürülməsində nail olmuşuq. Bundan Marmarisdə Orhaniyə, Hisarönü, Armudla, Dəyirmanyanı, Açparan, Turqut, Fətiyyə bölgəsi, Dalaman hava limanı ətrafı, Dənizli şəhərində Buldak, Tavas, Urduk-Bucak bölgəsində tapşırıqlar icra olunub”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678