Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Namiq Ələsgərov Türkiyə klubunda tibbi müayinədən keçdi

143 Baxış

Namiq Ələsgərov “Bursaspor”da tibbi müayinədən keçib. 

Oxu.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, N. Ələsgərov tibbi müayinədən uğurla çıxıb. 

Məlumatlara görə, Türkiyə klubu azərbaycanlı futbolçu ilə üç illik müqavilə bağlamaq niyyətindədir. 

Qeyd edək ki, Namiq Ələsgərov 2017-ci ildən “Neftçi”də çıxış edir. O, 2020/2021 mövsümündə “ağ-qaralar”ın heyətində Azərbaycan Premyer Liqasının qalibi olub. Yarımmüdafiəçi həmin mövsüm 19 qolla çempionatın bombardiri adını da qazanıb.

Türkiyə klubu N. Ələsgərovun azad agent statusu alması üçün “Neftçi”yə 50 min avro ödəyəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678