Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan İtaliyaya səfər edib

129 Baxış
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30-31 oktyabr tarixlərində Romada keçiriləcək 16-cı G-20 sammitində iştirak etmək üçün İtaliyaya səfər edib.

Turanmedia.az-ın “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərinə görə, İstanbul Atatürk Hava limanından qalxan təyyarədə R.T.Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan və rəsmi heyət müşayiət edib.

Türkiyə Prezidentini köməkçisi Fuat Oktay və İstanbul Valisi Ali Yerlikaya yola salıb.

Qeyd edək ki, G-20 Roma Sammitində iştirak edən liderlərin koronavirus pandemiyasından yaranan iqtisadi çətinlikdən çıxış yolları, qlobal iqtisadiyyatda və səhiyyədə baş verən hadisələr, iqlim dəyişikliyi, ətraf mühit, davamlı inkişaf, miqrant böhranı və G-20-nin bu sahələrdə oynaya biləcəyi rollar kimi mövzular ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.

Türkiyə prezidentinin sammit çərçivəsində liderlərlə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub. //Turanmedia.az 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678