Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan hansı halda Bakıya gələ bilər? – ŞƏRTLƏR

907 Baxış
Regionda sülhün təmin olunması istiqamətində atılan addımların fonunda Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycana dəvət edilməsi haqqında təkliflər səsləndirilir. Bəzi ekspertlər və şərhçilər hesab edir ki, Paşinyan ölkəmizə gəlməli, sülh danışıqları ilə əlaqədar razılaşmaya razılıq ifadə etməlidir.

Bəs maraqlıdır, regionda geosiyasi vəziyyətin dəyişməsi, proseslərin gedişatı fonunda Nikol Paşinyan Azərbaycana dəvət edilə bilərmi?

Turanmedia.az xəbər verir ki, bununla bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Ermənistan baş nazirinin Azərbaycana dəvəti əvvəlcə haqq etməli olduğunu düşünür:

“Nikol Paşinyan öncə regionda sülhün təmin edəcək sənədlərin imzalanmasına və qəbul edilməsinə razılaşmalıdır. Qafqazda Azərbaycanın yaratdığı reallıq bunu təmin edəcək. Çünki Ermənistanın gələcəyi birbaşa Azərbaycanla və Türkiyə ilə bağlıdır.

Təsadüfi deyil ki, yaxınlarda keçirilən Birləşmiş Millətlər Birliyinin Zirvə sammitində prezident İlham Əliyev Ermənistanı işarə edərək “tarixi şansı əldən verməyin” ifadələrini işlətdi. Ermənilər bəlkə də dünyada yeganə xalqdır ki, kapitulyasiya aktını imzalamış rəhbərə yenidən səs verir, onu hakimiyyətə gətirir. Xalq anlayır ki, 30 il ərzində ölkənin başında dayanan şəxslər uçuruma gətirdilər. Ölkə müstəqil inkişaf etmək istəyirsə, Azərbaycan və Türkiyə ilə münasibətlərini qurmalıdır. Bu münasibətlərin içərisindən real müstəqillik doğur.

Paşinyan Azərbaycanın yaratdığı sülh, inkişaf, regionda kommunikasiyaların açılması reallığını, Türkiyə və Azərbaycanın regionda söz sahibinə çevrilməsini qəbul etməlidir. Bunu anlasa Ermənistanın gələcəyi ola bilər”. //Turanmedia.az 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678