Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

KOBİA və Dubay Ticarət və Sənaye Palatası əməkdaşlığa dair sənəd imzaladı – Foto

137 Baxış

Noyabrın 3-də Dubay şəhərində keçirilmiş Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr idarəsinin direktoru Ömər Xan imzalayıblar.

Memorandum hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqini, ticarət və investisiya imkanları sahəsində qarşılıqlı məlumat, KOB-lara xidmətin göstərilməsi üzrə fəaliyyətin təşkili və idarə edilməsinə dair təcrübə mübadiləsini, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.  //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678