Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcülərin erməni vəhşiliyindən “nəsibi”: Baş kəsmək, göz oymaq, diri-diri yandırmaq… – VİDEO

153 Baxış

Bədnam qonşu olan ermənilər gürcü xalqına qarşı da az vəhşilik törətməyib. Gürcüstanın Abxaziya bölgəsinin ölkədən ayrılması uğrunda gedən döyüşlərdə gürcülərə divan tutan yerli erməni separatçıların yaratdığı Baqramyan batalyonu bütün Abxaziya gürcülərinin yaddaşına həkk olunub. 

Gürcü veteran Vaxtanq Gorgokia Baku TV-yə Baqramyan batalyonunun vəhşiliyindən danışıb. 

“Gürcülər müstəqillik istəyirdi. Gürcüstanda yaşayan ermənilər isə Sovetlərin tərkibində qalmağın tərəfdarı idilər. Elə bu səbəbdən də yerli ermənilər 1993-cü il mart ayının 15-də Baqramyan batalyonunu yaratdılar. Bu, Sxumiyə ilk böyük hücumun ərəfəsi idi. Onlar əsgər deyildilər.

Əsgərlərə, döyüş qanunlarına, döyüş əxlaqına uyğun olmayan vəhşiliklər törədirdilər. Uşaqlara atəş açmaq, qadınların, yaşlıların gülləbaran edilməsi, baş kəsmə, burun, qulaq kəsmə, gözlərin oyulması, diri-diri yandırma – erməni batalyonu, Baqramyan dəstəsinin üzvləri bütün bunları yerli dinc, silahsız insanlara edirdi. Uşaqlar onlara nə edə bilərdi ki?  Ümumiyyətlə, heç nə. Uşaqları dəmir, iti uclu hasarlara taxırdılar”.

Baqramyan batalyonunun qurucularından birini şəxsən tanıdığını deyən Vaxtanq Gorgokia maraqlı faktlara aydınlıq gətirib.

“Bu batalyonun qurucularından biri Albert Tapalyandır. Sonralar isə o, erməni diasporu tərəfindən Abxaziya parlamentinə deputat seçildi. Hətta parlamentin ikinci sədri də oldu.

Maraqlısı isə odur ki, mən onu şəxsən tanıyırdım. O həkim idi. Onun siyasətlə heç bir əlaqəsi yox idi. Biz ona ayaqqabı və digər qıtlıq olan əşyalar alırdıq. Təxminən min nəfərlik bu batalyon peşəkar hərbçilərdən, yox sırf yerli etnik ermənilərdən təşkil edilmişdi”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678