Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nikol buna görə repressiya, qorxu mühiti və “qüdrətli”lik imici yaratmağa çalışır – “PAST”

120 Baxış

Nikol Paşinyan yerli özünüidarəetmə orqanlarına son seçkilərdən sonra daxili qorxulardan ehtiyatlanaraq, hakimiyyəti tamamilə “qəsb etmək” haqda düşünməyə başladı. Onun hüquq-mühafizə sistemini siyasi repressiya alətinə çevirməsinin başqa dərin səbəbləri də var.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “PAST” qəzetində məqalə dərc edilib:

“Müxtəlif rəy sorğularının nəticələrinə görə, hələ 20 iyun seçkilərindən əvvəl Nikol Paşinyanın real reytinqinin 30 faizə yaxın olduğu açıq-aşkar görünürdü. İnzibati resurslar sayəsində o, səslərin çoxunu toplayıb baş nazir olmağı bacarıb. Ancaq yerli özünüidarəetmə orqanlarına seçkilər göstərdi ki, Paşinyanın yalnız inzibati resursu qalıb. Yəni ən mühüm və qiymətli resursu – elektoratı itirib. O, çox gözəl başa düşür ki, daha “xalqın dəstəyi”ndən danışa bilməz. Məhz bu hal Paşinyanı repressiyalara, qorxu mühiti yaratmağa və “qüdrətli”lik imicini təmin etməyə sürükləyir” – deyə nəşr yazıb.

 

“Əldə etdiyimiz məlumata görə, Paşinyan get-gedə komandasını itirir. Məsələ burasındadır ki, hakim “Mülki müqavilə” fraksiyasında daxili partlayışa səbəb ola biləcək ciddi fermentasiya başlayıb. Bir tərəfdən hakim partiyanın bəzi üzvləri Nikol Paşinyanın gördüyü işlərdən narazıdır və buna görə də özlərinin də məsuliyyəti var. Amma digər tərəfdən anlayırlar ki, Nikol onların hər biri ilə təklikdə bacara bilər və heç kimin gizlincə uzaqlaşması mümkün deyil. Buna görə də Paşinyanın qanuni terroru həm də onun komandasını sakitləşdirməyə yönəlib” – məqalədə qeyd olunub. ,//Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678