Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Lukaşenko niyə yeni “İttifaq”ın qurulacağı haqda Türk kanalı “TRT”yə danışıb? – İLGİNC DETALLAR

108 Baxış

Bir müddət öncə Lukaşenko TRT kanalına müsahibə verib və açıq mətnlə deyib ki, yeni “İttifaqın” elanına hazırlıq gedir. Hətta ilk addımda Rusiya, Belarus, Qazaxstan və Ukrayna ilə birlikdə davranacaqlarını elan etdi: “İttifaq” AB-nin və SSRİ-nin səhvlərini təkarar etmədən qurulacaq” – Lukaşenko bildirib.

Turanmedia.az xəbər verir ki, mövzunu KONKRET.az-a şərh edən REAL-ın icra katibi Natiq Cəfərli Belarus hadisələri başlayandan, Qazaxstandakı proseslərin ilk günlərindən, hələ Rusiya qoşunlarının (KTM) girməsinə 48 saata qalmış belə bir təhlükənin olduğu haqda açıqlama verdiklərini deyib: “Son 2 ildə, bəlkə də 20 dəfə dünyanın yeni müharibələrə “hamilə” olduğu haqqında danışmışıq. Aydın məsələdir ki, qlobal müharibə ola bilməz. Nüvə ölkələrinin müharibəsi dünyanın sonu deməkdir, amma lokal, hibrid, kiber, regional müharibələr daha da qızışacaq. Kreml 10-14 yanvar arası Qərblə iki istiqamətdə başlayacaq bazarlıqlar öncəsi öz əlini gücləndirdi, postsovetin onun arxa baxçası olduğunu bir daha elan etdi, Qərb isə bu mövzuda heç nə etməyəcək, göz yumacaq, tək istəyi Çinlə qarşıdurmada Rusiyanın ən azı neytral qalması olacaq. Bu mövzuda da anlaşacaqlar. Lukaşenkonun yeni “İttifaqa” Ukraynanı da “daxil” etməsi ondan xəbər verir ki, ölkəni iki yerə bölüb “Şərqi Ukraynanı”, Donbası “müstəqil” dövlət kimi tanıya, onlarla həmən strateji-hərbi müqavilələr bağlaya bilərlər. Bu ssenarini gözdən keçirirlər. Çünki Lukaşenko  müsahibədə dini faktora da toxunub. Məhz Şərqi Ukrayna provoslav kimliyin daha çox yayıldığı bölgədir”

Ekspertin sözlərinə görə, 2022-ci il çox ağır başladı: “Həddən artıq da ağır keçəcək. Postsovet ölkələrini yeni müstəqillik mücadiləsi gözləyir. Kim işlək, mürəkkəb, güc və ittifaqlar balansını özündə ehtiva edən sistem qura biləcəksə, o da bu mücadilədən üzüağ çıxmağı bacaracaq. Lukaşenkonun məhz Türkiyə kanalına, TRT-yə bu açıqlamaları verməsi də təsadüf deyil, çünki Putinlə razılaşdırılıb”. //Turanmedia.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678