Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Savaşdan əvvəl pis idi, indi lap pisdir” – Araikdən sensasion etiraflar

134 Baxış

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsindəki separatçıların başçısı Araik Arutyunyan burada demoqrafik durumun pis olduğunu etiraf edib.

Turanmedia.az xəbər verir ki, Arutyunyan bütün səylərə baxmayaraq, ötən illərdə (işğal dövründə) bölgədə yaşayan ermənilərin sayını artırmağın mümkün olmadığını bildirib.

Sepataçının sözlərinə görə, bölgədə “inkişaf etmiş iqtisadiyyat”ın olmaması ermənilərin Qarabağdan getməsinə və bura qayıtmaq istəməməsinə səbəb olub.

“Bütün bunları inkişaf etdirə bilmədik. Ötən 26 il ərzində iqtisadiyyat, əhalinin sayı artmadığı üçün uğursuzluğa düçar olduq. Müharibədən sonra Qarabağ tamamilə burada yaşamaq istəyən ermənilər üçün cəlbediciliyini itirdi. Savaşdan əvvəl də durumun pis idi, bu gün isə daha da pisləşib”, – deyə Arutyunyan bildirib.

O, separatçı ordunun vəziyyətini mənfi qiymətləndirib. Arutyunyan 44 günlük müharibədə çoxlu səhvlərə yol verildiyini etiraf edib.  //Turanmedia.az

 

Mənbə: Yenisabah.az


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678