Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gürcüstan rəsmi Bakının sülhə dair səylərini dəstəkləyir

106 Baxış
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan gürcü həmkarı İliya Darçiaşvili ilə görüşüb.

Turanmedia.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya XİN-dən daxil olan məlumatda bildirilir.

Ceyhun Bayramov gürcü həmkarının xarici işlər naziri qismində ilk səfərinin, məhz Azərbaycana etməsinin ölkələrimiz arasındakı dostluğun bariz nümunəsi olduğunu bildirib.

İliya Darçiaşvili cari ildə 30 illiyini qeyd etdiyimiz əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edib. O, nazir Ceyhun Bayramovu Gürcüstana səfər etməyə dəvət edib.

Ölkələrin bir-birlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı şəkildə verdiyi birmənalı dəstək xüsusilə vurğulanıb.

C. Bayramov həmkarına post-münaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, habelə azad edilmiş ərazilərdə Azərbaycan hökuməti tərəfindən görülən işlər, o cümlədən minaların təmizlənməsi, bərpa və quruculuq işləri barədə məlumat verib.

İ. Darçiaşvili Azərbaycanın sülhün əldə edilməsi səylərini alqışladıqlarını və öz növbəsində Gürcüstanın bu prosesi dəstəklədiyini ifadə edib.

Tərəflər, həmçinin çoxtərəfli platformalarda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi, Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678