Minsk Qrupu ölüb, AB-i isə Bakını dəstəkləyir – De Vaal

45 Baxış

Hazırda Azərbaycan-Ermənistan münaqişəsi tam fərqli diplomatik formata malikdir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Amerikanın səsi”nə Kornegi Fondunun analitiki Tomas de Vaal deyib.

O bildirib ki, Minsk Qrupu formatı artıq ölüb, amma onun sənədləşmə mirasını saxlamaq yaxşı olardı.

De Vaalın fikrincə, bu gün Rusiya və AB-nin himayəsində olan formatlar paralel olaraq işləyir və Brüssel Moskva prosesini əvəz etməyə çalışmır.

“AB-nin təklifləri bir qədər fərqlidir. O, yeni oyunçudur, düşünürəm ki, Azərbaycana xüsusilə müsbət münasibət bəsləyir. O, keçmişlə bağlı deyil, dürüst vasitəçidir, bölgədə Rusiya, İran və ya Türkiyə kimi böyük gündəmi yoxdur”, – de Vaal bildirib.

Analitikin fikrincə, tərəflər hazırda böyük sülhə yox, yol xəritəsinə hazırdırlar:

“O ki qaldı ABŞ-a, Vaşinqton daha neytral Qərb sülh prosesi ilə həmrəydir və hesab edir ki, bu proses 2020-ci ilin 10 noyabr bəyanatına zidd deyil”.