“Bu istiqamətdə sizin davamlı addımlarınızı alqışlayıram” – Baydendən Əliyevə

11 Baxış

“Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram”.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözlər ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktubda yer alıb.

“Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir”, – məktubda yazılıb.