Melkumyanın XİSLƏTİ: “Bütün razılaşmalar Azərbaycan və Türkiyə tərəfindən pozulub”

12 Baxış
Rusiyanın aparıcı mətbu orqanı olan “RİA Novosti” Azərbaycana qarşı təxribatçı yazı dərc edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan 28 May – Müstəqillik gününü qeyd edərkən, Rusiyanın dövlət media orqanı ölkəmizə qarşı təxribatla məşğul olub.

Belə ki, “RİA Novosti”yə Azərbaycanın Qarabağ bölgəsində yaşayan və separatçılıqla məşğul olan qondarma qurumun qondarma deputatlarından biri David Melkumyan Azərbaycan və Türkiyəyə qarşı qərəzli və düşmən mövqeyi sərgiləyən müsahibə verib. “RİA Novosti” separatçı erməninin həmin müsahibəsini 28 mayda və Ərdoğanın ölkəmizdə qonaq olduğu bir gündə bəh-bəhlə paylaşır.

Onsuz da bizim şad günümüzə sevinməyən bəzi ölkələrin bu cür davranışları təəssüf və qəzəb doğurur.

Daha aydın olsun deyə, separatçı David Melkumyanın “RİA Novosti”yə verdiyi açıqlamanın bir hissəsini olduğu kimi təqdim edirik:

“Bu gün bütün dünya Rusiyaya qarşı silahlanıb, lakin eyni dünya birliyi Dağlıq Qarabağa tanınmamış respublikaya lazımi humanitar yardım göstərməyib”.

O, respublikadakı vəziyyətdən danışaraq bildirib ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra insanlar resursları səfərbər edib dağıdılanları tez bir zamanda qismən bərpa etməyə, evlərini və iş yerlərini itirmiş insanlara kömək etməyə nail olublar.

“Humanitar yardım göstərən ölkələri – Ermənistanı, dünyadakı erməniləri, Rusiya Federasiyasını, sülhməramlıları xüsusi qeyd etmək istərdim. Respublika Xarici İşlər Nazirliyinin dünya ictimaiyyətinə burada humanitar yardım göstərməklə bağlı çağırışları hələ ki, gözlədiyimiz kimi qəbul edilməyib” , – Melkumyan bildirib. O vurğulayıb ki, hazırda bütün dünyanın Ukraynaya göstərdiyi belə bir dəstək respublikada müşahidə olunmayıb.

“Dünya düzəni dəyişir, bütün dünya dəyişir. Bu gün biz belə bir qiymət verə bilərik, hər şey bu əməliyyatın (Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı – red.) nəticəsindən asılıdır), çünki bütün dünya səfərbər olub, ya da Rusiyaya qarşı silahlanıb”, – deyə deputat əlavə edib.

O bildirib ki, Qarabağda böhran başlamazdan əvvəl bütün ölkələr tərəfləri münaqişənin sülh yolu ilə həllinə çağırıb.

“Müharibə zamanı və müharibədən sonra biz məlumat verdik ki, bu hadisələrə qiymət vermək lazımdır. Bütün razılaşmalar Azərbaycan və Türkiyə tərəfindən pozulub. Amma dünya ictimaiyyəti susdu və biz dəfələrlə bunun pis presedent olacağını demişik”, – deyə Melkumyan yekunlaşdırıb.