Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Rusiya öz sonunu hazırlayır” – Zərdüşt Əlizadə

115 Baxış
Rusiyanın Ukraynada apardığı müharibə üç aydan çoxdur ki, davam edir. Müharibə uzandıqca, özü ilə bərabər gətirdiyi fəlakətlər də günü-gündən artır.

Savaşın ilk günlərində Rusiyaya qarşı kəskin mövqe tutan Avropa dövlətləri iqtisadi çətinlikləri gördükcə öz mövqeyini dəyişir. Artıq Qərbi və Şərqi Avropa ölkələrində müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları, haçalanma əməl gəlib.

Maraqlıdır, bu fikir ayrılıqları müharibənin taleyinə necə təsir edəcək?

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, Rusiya Avropaya qaz nəqlini dayandırmaqla öz sonunu hazırlayır:

“ABŞ-ın rəhbərliyi altında Qərb Ukraynaya hərbi, maliyyə və siyasi yardımı göstərməkdə davam edir. Bu son nəticədə Ukraynanın öz məqsədlərinə nail olmasına gətirib çıxaracaq. Hadisələr Qərbin ssenarisi əsasında inkişaf edir. Rusiyanın Avropaya qaz nəqlini dayandırması əslində yaxşı haldır. Bu qərar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi problemlər yarada bilər. Lakin bu həm də onu göstərir ki, Rusiyanın əleyhdarlarının sayı günü-gündən artır. Kreml Avropaya qaz nəqlini dayandırmaqla öz sonunu hazırlayır. Bu hadisə Rusiyanın çöküşünü bir qədər də sürətləndirəcək”.

Politoloqun fikrincə, Qərb və Şərq arasında yaranan fikir ayrılığı müharibənin taleyinə ciddi təsir etməyəcək:

“Qərbi Avropa ilə Şərqi Avropa arasında fikir ayrılığı var. Çünki Şərqi Avropa SSRİ-nin işğalı altında olub. Onlar rus işğalının dadını bilir. Lakin Qərbi Avropa işğal altında olmayıb. Ona görə də bir qədər dözümlü yanaşır. Qərb və Şərq arasında yaranan fikir ayrılığının müharibənin taleyinə ciddi təsir etməyəcək. ABŞ-ın başçılığı ilə Qərb Ukraynaya dəstəyini davam etdirəcək.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678