Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün Moskvada Üçtərəfli İşçi Qrupun iclası olacaq

104 Baxış
Sabah Moskvada regional kommunikasiyaların bərpası üzrə Üçtərəfli İşçi Qrupunun növbəti iclası keçiriləcək.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın ofisindən news.am-a bildirilib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə yaradılan işçi qrupu sonuncu dəfə 2021-ci ilin dekabrında görüşüb.

Azərbaycan və Ermənistanın sərhəddə delimitasiya və təhlükəsizlik komissiyalarının Moskvada keçiriləcək növbəti iclasına gəlincə, görüşün vaxtı hələlik açıqlanmayıb. Qafqazinfo
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678