Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Xalqımızın mərdliyi ermənilərə silahdan daha dəqiq atəş açdı” – Millət vəkili

97 Baxış
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etməsi və ərazi bütövlüyümüzün bərpası müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. 44 günlük Vətən müharibəsi dövründə ölkə başçısının beynəlxalq qurumların nümayəndələri ilə danışıqları, dünyanın nüfuzlu mətbuat orqanlarına müsahibələri, Azərbaycanın haqq işinin dünya xalqlarına çatdırılması bu tarixi qələbənin qazanılmasında çox mühüm rol oynadı. Rəşadətli və müzəffər ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində ölkəmizin işğal altında olan əraziləri, ümumilikdə 300-dən çox şəhər, qəsəbə, kənd, çoxsaylı strateji yüksəkliklər düşmən tapdağından azad edildi. Alınmaz Şuşa qalasının azad edilməsi isə ayrıca bir qəhrəmanlıq dastanı kimi dillərə düşdü. Dünya hərb tarixində dərsliklərə düşən hərbi taktika Ermənistanı diz çökməyə, ağ bayraq qaldıraraq təslim olmağa və kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən Ermənistan isə 30 il əvvəl olduğu kimi bu dəfə də beynəlxalq humanitar hüquq normalarını ayaqlar altına atdı. Müharibə dövründə Ermənistan müxtəlif cinayətlər törətməkdən bir an belə çəkinmədi. Ordumuzla bacarmayan hərbi-siyasi rəhbərlik mülki əhalini hədəfə alaraq, Bərdə, Gəncə, Tərtər kimi şəhərlərə istifadəsinə qadağan olunan raketlər atıldı. Nəticədə onlarla mülki əhali həyatını itirdi.

Turanmedia.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-ın suallarını Milli Məclisin deputatı Zahid Oruc cavablandırıb. O bildirib ki, Vətən müharibəsində Azərbaycanın qazandığı qələb bu gün də dərindən təhlil edilir: “44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən iki ilə yaxın müddət keçib. Bu vaxt ərzində ordumuzun qazandığı şanlı zəfər beynəlxalq mediada, beyin mərkəzlərində və siyasi institutlarda, hərbi təşkilatlarda, elm cameəsində dərindən təhlil edilir. Bu, özlüyündə ən böyük müsbət nəticələrdən biri sayıla bilər. Çünki dünya ictimai-siyasi fikrinə töhfə vermək özlüyündə nailiyyətin mühüm hissəsidir. Biz Vətən müharibəsində bəşəri dəyərlər, beynəlxalq hüquq, ədalət, eləcə də bu səpkidə olan digər məsələlərdə də uğur qazanmışıq. Əgər müharibənin ilk günlərindən Ermənistan hakimiyyətinin davranışlarına və irəli sürdüyü tezislərə baxsaq görərik ki, guya Azərbaycanın başlıca məqsədi erməni xalqını yer üzündən silməkdir. Guya biz erməniləri sırf soyuna, genetikasına, milli mənsubiyyətinə görə xalq olaraq məhv etmək istəyirik. Lakin bu tezisləri əsaslandırmaq üçün ortaya fakt qoymaq lazımdır. Əgər biz on minlərlə insanı, mülki şəxsləri, yaşlıları, qocaları, uşaqları məhv etmişiksə, o zaman onların cəsədləri haradadır? Ortada real faktlar olmadığına görə, ermənilərin bu təbliğatı işə yaramadı”.

Zahid Oruc: “200 ildən sonra xalqın Zəfər çörəyini dadmaq haqqı var”

Deputatın fikrincə, müharibə dövründə xalqımız silahsız ordu olduğunu bir daha sübut etdi: “Müharibənin müəyyən mərhələsində ermənilər vətəndaşlarımıza hücum etdi. Burada məqsəd aydın idi. Onlar Tərtər, Bərdə, Gəncə şəhərlərinə raket zərbələrini vurmaqla düşünürdü ki, Azərbaycan xalqı arasında 90-cı illərdə olduğu kimi qorxu və xof sindiromu işə düşəcək. Ermənilər mülki insanlar arasında parçalanma yaratmaq istəyirdi. Düşünürdülər ki, bununla Azərbaycan hərbçiləri savaşdan çəkiləcək və xalq siyasi rəhbərliyə etiraz edəcək. Beləliklə də ölkə içərisində başlayan xaos onlara yenidən öz ssenarilərini işə salmağa imkan verəcək. Bütün bunlara isə həm siyasi, həm mənəvi tərəfdən xalqımız gözəl cavab verdi. Azərbaycan xalqı özünün silahsız ordu olduğunu sübuta yetirdi. Bərdə və Gəncəyə raket atılan zaman 30-dan çox insanın ölümü ilə yüz minlərlə vətəndaş öz evini səngərə çevirdi. Heç kim yaşadığı bölgəni tərk etmədi. Əksinə o, dağıntıların altından çıxan hər kəsdə erməni vandalizmini gerçəkləşdirənlərə qarşı nifrət artdı. Xalq ordumuzun irəli getməsinə dəsətək verdi. Bu mesajlar isə silahdan da iti və sərt oldu. Xalqımızın bu mərdliyi ermənilərə silahdan daha dəqiq atəş açdı. Çünki onlar öz istəklərinə nail ola bilmədilər”.

Z.Oruc Gəncə, Tərtər və Bərdədə cinayət törədən şəxslərin cəzalanacağını da söyləyib: “44 günlük savaş dörünü təsvir edərkən biz bir çox vacib məqamlara diqqət çəkməliyik. Lakin ən əsası odur ki, ermənilər müharibəni ordular yox xalqlar arasında aparmağa çalışırdı. Prezident İlham Əliyevin sərkərdə və lider olaraq gücü həm də ondan ibarət idi ki, o, bölgədə infrastrukturu məhv edəcək bir savaşa yol verilməsinin qarşısını aldı. Vətən müharibəsinin nəticələri sırasında biz ilk növbədə bunu qeyd edə bilərik. Lakin həmin cinayətləri törədənlərin cəzalanması istiqamətində addımlar atmalıyıq. Biz millət olaraq ermənilərlər barış və birgəyaşayış modelini əsas götürmüşük. Buna baxmayaraq o cinayətkarlar öz cəzasına çatmalıdır. Yəhudilər faşist Almaniyasında rəhbər şəxslərin cəzalanması üçün 50 il sonra da mübarizə apardı. Bu gün də onlar bu prosesi davam etdirir. Argentinada, Meksikada yaşayan 90-dan çox yaşı olan şəxsləri taparaq cəzalandırırlar. Ona görə də dövlətimiz məhz həmin istiqamətdə addımlar atmalıdır. Həmin cinayətkarların bir qisminin Bakıda məhkəməsi oldu. Mən əminəm ki, Bərdə, Tərtər, Gəncə şəhərlərinə raket zərbələri endirənlərin cəzalanması üçün Azərbaycan ordusu, hüquq-mühafizə orqanlarımız lazımi tədbirlər görəcək”

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mövzusuna uyğun olaraq dərc edilir”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678