Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanla əlaqələrə xüsusi diqqət yetiririk – İran

110 Baxış

İran Prezidenti İbrahim Rəisi qonşu dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Cavad Övci deyib.

Cavad Övcinin sözlərinə görə, bu, 13-cü hökumətin əsas və prinsipial siyasətidir. Bütün dövlətlərlə, xüsusən də qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi İran Prezidenti İbrahim Rəisi administrasiyasının əsas xarici siyasətidir.

O həmçinin qeyd edib ki, İran və Azərbaycan “Şahdəniz” qaz yatağının birgə işlənməsini həyata keçirəcək.

Nazir vurğulayıb ki, “Şahdəniz” layihəsində İran-Azərbaycan tərəfdaşlığı Xəzərin neft-qaz yataqlarında birgə işlərin müəyyənləşdirilməsi üçün yaxşı təcrübədir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678