Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ukrayna ordusu bunu gözləyir: tam əks-hücum olacaq

115 Baxış

Qərb silahları kifayət qədər gəldikdən sonra Ukrayna ordusu tam əks-hücuma keçə biləcək. Vaxt baxımından bu, iyulun və ya avqustun ikinci yarısı olacaq.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç çıxış edib.

O qeyd edib ki, bu gün ukraynalı müdafiəçilər ölkənin cənubunda artıq ayrı-ayrılıqda əks-hücumlar həyata keçirirlər, lakin Ukrayna lazım olan hər şeyi alanda hücum daha da intensivləşəcək:

“Bu baş verəndə ən azı 4-5 tamhüquqlu briqada formalaşacaq ki, onlar tam miqyasda hücuma keçə bilərlər”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678