“Jirinovskini kopyalamaq gülünc və seçicilərimiz üçün vicdansızlıqdır” – Slutski
73 Baxış

Slutski Liberal Demokrat Partiyasının lideri kimi Jirinovskini təqlid etməyəcək.
Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə LDPR fraksiyasının yeni lideri Leonid Slutski bazar ertəsi, iyunun 6-da bildirib. O, partiyanın keçmiş rəhbəri Vladimir Jirinovskini kopyalamaq fikrində olmadığını bildirib.
“Jirinovskini təqlid etmək və kopyalamağa çalışmaq gülüncdür, bu, seçicilərimiz üçün əks nəticə və vicdansızlıqdır”, – deyə siyasətçi bildirib.
O, eyni zamanda əlavə edib ki, Jirinovski həmişəlik partiyanın yaradıcısı və onun ideoloqu olaraq qalacaq.
Mayın 27-də Dövlət Dumasının deputatı Leonid Slutski Liberal Demokrat Partiyasının yeni rəhbəri təyin edilib. Qurultay nümayəndələri gizli səsvermə yolu ilə Slutskini seçiblər.
Fraksiyanın keçmiş rəhbəri Vladimir Jirinovski aprelin 6-da 76 yaşında vəfat edib.