Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azərbaycan Türkiyənin dəstəyini çox yüksək qiymətləndirir”

119 Baxış
“Azərbaycan hər zaman qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin tam dəstəklənməsini, xüsusi olaraq 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı dövrdə tam siyasi və mənəvi dəstəyini çox yüksək qiymətləndirir”.

Turanmedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edərək strateji səviyyədən tarixi Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə qədər ucalıb”, – deyə nazir qeyd edib.

C.Bayramovun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi bölgədə sülh, əmin-amanlıq və iqtisadi tərəqqiyə xidmət edir.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678