İlham Əliyevdən Pirallahı ilə bağlı SƏRƏNCAM

8 Baxış

Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə vəsait ayrılıb.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.