Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tiflisdən Avropa Parlamentinin qətnaməsinə sərt reaksiya

101 Baxış
Gürcüstan demokratiyası və media azadlığının düşmənləri olan Mixail Saakaşvili və Nika Qvaramiyanın azadlığa buraxılmasını və Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsini tələb edən qətamənin Avropa dəyərləri ilə heç bir əlaqəsi yoxdur və belə bir qətnamə saman qiymətinə bərabərdir.

Turanmedia.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Gürcü Arzusu Partiyasının rəhbəri İrakli Kobaxidze Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə bağlı keçirdiyi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, qəbul olunan qətnamə Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstana Avropa Birliyinə namizəd statusunun verilməyəcəyinə dair bir növ işarə kimi qəbul edilə bilər:

“Gürcüstan demokratiyası və media azadlığının düşmənləri olan Saakaşvili və Qvaramiyanın azadlığa buraxılmasını tələb edən, bununla yanaşı hazırda siyasətdən tamamilə uzaqlaşan və 2012-ci ildə gürcü xalqına demokratiya, media azadlığı və media plüralizmini gətirən Bidzina İvanişvilini gürcü demokratiyasının əsas problemi kimi görən və ona sanksiya tətbiq edilməsini tələb edən qətnamənin Avropa dəyərləri ilə heç bir əlaqəsi yoxdur və belə bir qətnamə saman qiymətinə bərabərdir”. 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678