Putinin ölümü vəziyyəti dəyişməyəcək – Felştinski
12 Baxış

Putinin ölümü Rusiyadakı vəziyyəti dəyişməyəcək və onun Ukraynaya qarşı təcavüzünü dayandırmayacaq, çünki bundan sonra onu yeni “Putinlər” əvəz edəcək.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu amerikalı tarixçi Yuri Felştinski deyib.
“Putin getsə də, orada Patruşev, Medvedyev var. Orada Putini əvəz etmək üçün bütöv bir qrup hazırlanıb. Heç nə dəyişməyəcək”, – tarixçi bildirib.
Felştinskinin sözlərinə görə, Rusiyada çevriliş etməyə qadir qüvvələr yoxdur.