Britaniyalı əsirlər Medvedçukla dəyişdirilir?
66 Baxış

Kiyev qondarma “dxr”də ölüm cəzasına məhkum edilmiş britaniyalı Şon Pinner və Aiden Aslinin dəyişdirilməsini istisna etmir.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Sunday Express” nəşri məlumat yayıb.
Məlumata görə, britaniyalılar Həyat uğrunda – Müxalifət Platforması Partiyasının rəhbəri Viktor Medvedçukla dəyişdirilə bilər.
“Bu şəxslərin məsələsi bu həftə xarici işlər naziri Liz Trassla müzakirə olunub”, – məlumatda qeyd olunub.