Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan səfiri etimadnaməsini Monteneqro Prezidentinə təqdim edib

103 Baxış

Turanmedia.az xəbər verir ki, İyunun 13-də Azərbaycan Respublikasının Serbiya Respublikasında, eyni zamanda, Monteneqroda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev etimadnaməsini Monteneqro Prezidenti Milo Cukanoviçə təqdim edib.

 

Milo Cukanoviç səfiri salamladıqdan sonra ona yeni fəaliyyətində uğurlar arzulayıb və Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş diləklərini çatdırmağı xahiş edib. Monteneqro Prezidenti qeyd edib ki, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnundur və mövcud siyasi dialoq yüksək səviyyədədir.

 

Daha sonra M.Cukanoviç Azərbaycan ilə Monteneqro arasında yüksək səviyyəli siyasi əməkdaşlıqla yanaşı, digər sahələrdə – iqtisadi, sərmayə, nəqliyyat, enerji, humanitar, turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edib.

 

Səfir K.Xasiyev öz növbəsində Azərbaycanın dost Monteneqro ilə bütün sahələrdə, o cümlədən qeyd olunan sahələr üzrə strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlıq etməyə maraqlı olduğunu vurğulayıb.

 

Görüşün sonunda səfir K.Xasiyev Prezident M.Cukanoviçə xoş və səmimi qəbula görə təşəkkür edib və onun salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılacağını bildirib. (AZƏRTAC)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678