Ermənilərin Ukraynaya qarşı daha bir NANKORLUĞU üzə çıxdı – ŞOK DETALLAR

8 Baxış

Rusiya təcavüzünün ilk günlərindən Ukrayna Qərbdəki müttəfiqlərini onu daha çox silahla təmin etməyə çağırır. Əvvəlcə bunlar əsasən müdafiə silahları idi, lakin indi Ukrayna ordusunun Rusiya qüvvələrinə qarşı durmaq üçün uzaqmənzilli artilleriyaya ehtiyacı var. Bu baxımdan ölkəyə haubitsalar və çoxşaxəli raket sistemləri (MLRS) az miqdarda olsa da gəlir. Ona görə də Ukrayna dünya bazarından silah almağa çalışır. Söhbət əsasən sovet, qismən də Rusiya istehsalı olan texnikadan gedir.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “The Moscow Times” nəşri öz məqaləsində yazıb.

Lakin burada da ukraynalı silah alıcıları yenidən Rusiya ilə üz-üzə gəlir, çünki rəsmi Moskva da azalmaqda olan silah ehtiyatlarını artırmaq istəyir.

Belə ki, may ayında Ukrayna üçün işləyən çex və polşalı brokerlər Bolqarıstan təchizatçısından zirehli texnika və artilleriya mərmiləri almağa praktiki olaraq razılaşıblar, ancaq bir qrup erməni alıcı 1.5 dəfə çox pul təklif edərək müqaviləni udublar.

Bunu danışıqların gedişatı ilə məşğul olan Ukrayna Ali Radasının deputatı “The Wall Street Journal” nəşrinə deyib.

Ukraynalı deputatın sözlərinə görə, “Biz tam əminik ki, bu silahlar Ermənistana getməyəcək, çox güman ki, Rusiyaya göndəriləcək. Nəyi və harada axtardığımızı başa düşürlər”.

Qlobal silah bazarında fəaliyyət göstərən brokerlər deyirlər ki, Rusiya təkcə qiymətləri “öldürməyə” çalışmır, həm də Rusiya sistemləri ilə silahlanmış ölkələri hədələyirlər və onlara silah komponentləri verməyəcəklərini və xidmət göstərməyəcəklərini deyirlər.

May ayında Vaşinqtonda keçirdiyi brifinqdə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Böyük Britaniya və ABŞ Rusiya istehsalı olan atıcı silah və hərbi texnikanın alınaraq Ukraynaya verilməsi üçün 23 ölkədəki vəziyyəti öyrəniblər.

“Öncə “onu haradan tapa bilərik?” sualını verirdik. Və bəzən həmin ölkələrdən silah almaq istəyən ruslara rast gəlirdik, çünki onlar da (Rusiya nəzərdə tutuıur) silahları tükəndiyindən silah axtarışına çıxırdılar”, – Uolles bildirib.

“Bəzən ukraynalı alıcılar və onlara kömək edən ABŞ və Böyük Britaniya hökumətlərinin nümayəndələri müqavilələrin bağlanmasında və ya potensial sövdələşmələrdə gecikirdilər”, deyə WSJ nəşri yazıb.

Ukraynalı deputat bunu onunla izah edib ki, Rusiya xüsusi xidmət orqanları bu işlərdə səmərəli fəaliyyət göstərir, Ukrayna və onun müttəfiqlərinin kəşfiyyat xidmətləri isə bunu bacarmır.

Qərb kəşfiyyatının məlumatına görə, Rusiya ordusu ciddi şəkildə tükənib. Ötən gün “Bloomberg” Avropa rəsmilərinə istinadən xəbər verib ki, Uzaq Şərqdəki anbarlardan köhnə tankların gətirilməsinədək ölkənin hər yerindən qırıcı təyyarələri və silahları toplayırlar.

“Oryx” nəşrinin məlumatına görə, Rusiyanın 4328 hərbi texnikası məhv edilib, onlardan 774-ü tank, 432-si zirehli transportyor, 853-ü piyada döyüş maşını, 82-si MLRS, 47-si helikopterdir. Ukrayna isə 1159 texnikasını itirib (194 tank, 88 zirehli transportyor, 135 piyada döyüş maşını, 19 MLRS, 11 helikopter).