Paşinyan bu gün Belarusa gedir
62 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Belarusa rəsmi səfərə yollanacaq.
Turanmedia.az-ın məlumatına görə, “Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan Belarusda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.
Qeyd edək ki, sözügedən iclas iyunun 21-i Minskdə baş tutacaq. Bununla yanaşı, həmin gün Minskdə Avrasiya İqtisadi Komissiyası Şurasının növbədənkənar iclası da keçiriləcək.