Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Simonyan: Putin sanki robotdur, dedi ki…

105 Baxış

Rusiyanın erməniəsilli jurnalisti Marqarita Simonyan Sankt-Peterburq İqtisadi Forumunda prezidentlərin panel müzakirələrinin moderatorluğunu edərkən apardığı müşahidələri bölüşüb.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Simonyan Rusiya Prezidenti Vladimir Putin ilə Qazaxıstan lideri Qasım-Jomart Tokayevin yanında saatlarla vaxt keçirdiyini bildirib.

“Orada çox söhbətlər eşitdim. Bunların hamısını deyə bilmərəm, çünki aləm bir-birinə dəyər. Bu, Kremlin hərbi sirləridir. Putinin sağlamlığı ilə bağlı söhbətlərə də bu forumdan sonra son qoyuldu. O, gün ərzində onlarla rəsmi görüş keçirirdi. O, sanki robotdur, yorulmaq bilmir. Kefi də kök idi. Dedi ki, hər şey plan üzrə gedir…” – deyə o qeyd edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678