BRİKS sammitində texniki problem dünya liderlərini ÇAŞ-BAŞ SALDI – VİDEO

11 Baxış

Hindistanın Baş naziri ilə BRİKS sammiti zamanı kuryoz hadisə baş verib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Rusiya teleqram kanallarında məlumat yayılıb.

Bu gün, iyunun 23-də Vladimir Putin Braziliya, Hindistan, Çin və Cənubi Afrikanın liderləri ilə birlikdə BRİKS sammitində iştirak edib.

Lakin videokonfransın əvvəlində işlər plana uyğun getməyib. Hindistanın Baş naziri Narendra Modinin çıxışı zamanı gözlənilməz hadisə baş verib. Onun mikrofonu işləməyib.

Hindistan təmsilçisinin özü bunu hiss etməyib. Modi danışmağa davam edib, digər liderlər isə onun eşidilmədiyinə işarə etməyə çalışıblar.

Putin masanın üzərindəki düyməni göstərib, Bolnosaru qollarını yelləyib, Ramafosa qulaqcıqlarını silkələyib, lakin Baş nazir siqnalları başa düşməyib.

Qeyd edək ki, bundan əvvəl oxşar insident Bayden və Putin arasında keçirilən ikitərəfli sammit zamanı da baş verib. Amerika lideri söhbət zamanı mikrofonu açmayıb.