Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rəsmi qəzet nazirliyi tənqid etdi: Çeşid az, alıcı yox, qiymətlər isə yüksək…

110 Baxış

Rəsmi “Azərbaycan” qəzeti “Kənddən şəhərə” layihəsilə bağlı sərt tənqidi məqalə dərc edib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, məqalədə “Kənddən şəhərə” yarmarkalarının piştaxtaları, adətən, boş olduğu, satış qiymətlərinin isə bazardan fərqlənmədiyi vurğulanıb:

“Hətta bəzi hallarda bazardakı məhsulların çeşidi daha çox, qiymətlər isə yarmarkadakından daha aşağı olur. Elə bu səbəbdən də vətəndaş alış-veriş üçün məhz bazarlara üz tutur”.

Məqalədə həmçinin qeyd olunub ki, istehsalçının məhsullarını başqa “fermerlər” satır.
Sözügedən yazıda alıcılıq qabiliyyətinin aşağı səviyyədə olması xüsusi vurğulanıb:

“Boydan-boya düzülən boş piştaxtalar, 3-5 növ məhsuldan ibarət yarmarka, saatlarla bircə alıcının yolunu gözləyən fermerlər yarmarkanın necə “fəaliyyət” göstərməsindən xəbər verirdi. Bir-iki fermerə yaxınlaşdıqda öyrəndik ki, ilk dəfədir “Kənddən şəhərə” layihəsinə qatılıblar. Ancaq belə vəziyyətlə qarşılaşacaqlarını heç ağıllarından belə keçirməyiblər”.

Qəzetin yazdığına görə, yarmarkanın əsas hədəfi fermerin istehsal etdiyi məhsulu birbaşa özü alıcıya təqdim etməsi olsa da, reallıq heç də belə deyil:

“3 fərqli ünvanda fəaliyyət göstərən yarmarkaların heç birində elan edilən məqsədə uyğun mənzərəni görə bilmədik. Qeyd edilən 45 regiondan olan 100 fermerə də rast gəlmədik. Hər 3 yarmarkada ümumilikdə satış edənlərin sayı 50 nəfəri belə keçməzdi. Onların da fermer olub-olmaması sual altında idi. Qiymətlərə gəldikdə isə, demək olar ki, təqdim olunan məhsulların qiyməti şəhərdə kifayət qədər tanınan və seçilən bazarlarla eynilik təşkil edirdi”.
 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678