Əgər Rusiya bu ölkəni ilk atəşə məcbur edə bilsə…
99 Baxış
Putin müharibəyə son qoymaq üçün Kiyevlə birbaşa danışıqların qaçılmazlığını başa düşür. Lakin o, bunu alçaqlıq hesab edir.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Putin Olimpə qayıtmaqla özünü qanuniləşdirmək istəyir. Bunu necə etmək olar? NATO-nu təhrik etmək, müharibəni dünya müharibəsi səviyyəsinə qaldırmaq lazımdır. Bunu necə etmək olar? Yalnız NATO ilə müharibəyə başlamaqla”, – Jdanov söyləyib.
Bu kontekstdə ekspert Rusiya ilə Litva arasında Kalininqrad vilayətinə tranzitlə bağlı gərginliyi qeyd edib:
“Litva NATO-nun üzvüdür. Əgər Putin onu ilk atəşə qədər təhrik etməyi bacarsa, müharibə dünya səviyyəsinə qalxacaq”.