Moskvada İrəvan-Bakı münasibətlərinin tənzimlənməsi müzakirə olunub

11 Baxış

Azərbaycan, Rusiya və Ermənistandan olan ekspertlər Ermənistan-Azərbaycan nizamlanmasına dair bir sıra məsələləri müzakirə etmək üçün Moskvada görüşüblər.

Turanmedia.az “Interfax”a istinadən xəbər verir ki, görüş Rusiya Xarici İşlər Nazirliyinin MDBMİ-nin və Rusiya Beynəlxalq Əlaqələr Şurasının yardımı və koordinasiyası ilə iyulun 15-də baş tutub.

Tədbiri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıb. Bakı və İrəvandan müvafiq olaraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Orbeli Analitik Mərkəzi koordinator kimi çıxış ediblər.

Görüşdə ekspertlər Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixləri, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının açılması, sərhədin delimitasiyası və demarkasiyası, sülh müqaviləsi üzrə danışıqların perspektivlərini, habelə humanitar məsələlər və tərəflər arasında mümkün etimadın yaradılması tədbirlərini sazişlər əsasında Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına dair bir sıra məsələləri müzakirə etməyə nail olublar.

Həmçinin iki ölkə arasında münasibətlərin normallaşdırılmasında ekspert dialoqunun rolu və yeri ilə bağlı müzakirələr aparılıb.

İştirakçılar üçtərəfli ekspert platforması – “Sülh üzrə dialoq” çərçivəsində əlaqələri və birgə işi davam etdirmək barədə razılığa gəliblər.