Yunanıstan-Türkiyə sərhədində gərginlik – Qoşunlar döyüşə hazır vəziyyətə gətirildi

13 Baxış

Türkiyə və Yunanıstan sərhədində vəziyyətin gərginləşməsi haqda yayılan xəbərlər dünyanın günəmini zəbt edib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, Fransanın “Le Figaro” nəşrinin direktor müavini Jan-Kristof Buisson mövcud vəziyyətlə bağlı məlumat paylaşıb.

Məlumatda Yunanıstan tərəfinin sərhədə xeyli sayda qoşun yerləşdirdiyi bildirilir: “Yaxın bir neçə saat ərzində Yunanıstan və Türkiyə sərhədində, Trakiyadakı Maritsa çayı sahilində baş verənlərə diqqət yetirin. Qoşunlar döyüşə hazır vəziyyətə gətirilib. Son saatlarda çoxlu sayda hərbi texnika cəmləşib və tikilir”, – Jan-Kristof Buisson fikirlərini tamamlayıb.

Yayılan məlumatlara inansaq Yunanıstan və Türkiyə arasında müharibənin başlayacağı ehtimalı çox yüksəkdir.

Qeyd edək ki, Türkiyənin dünya səviyyəsindəki yeri Yunanıstanda təşviş dolu bir atmosferin yaranmasına səbəb olub. Yunanıstanlı türkoloq Dimitris Stathakopoulos 2020-ci ildəki vəziyyətin yaranmayacağına ümid etdiyini dilə gətirib. O əlavə edib ki, Yunanıstan-Türkiyə münasibətlərində balans hər iki tərəfdən qorunacaq.

Digər tərəfdən yunanıstanlı ekspert Türkiyənin “Əbdülhəmid Han” başda olmaqla digər qazma gəmilərinin gec-tez Egey dənizində tədqiqat fəaliyyətinə başlayacağını deyib. Bu vəziyyətin iki ölkə arasında münasibətlərdə “yeni bir gərginliyin başlanğıc nöqtəsi” ola biləcəyini dilə gətirib.