Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Əsirlərlə görüşün təşkili ilə bağlı Azərbaycanın Milli Məclis sədrinə müraciət edəcəyəm” – Erməni deputat

83 Baxış

“Əsirlərlə görüşün təşkili ilə bağlı Azərbaycanın Milli Məclis sədrinə müraciət edəcəyəm”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Şərəfim var” fraksiyasının deputatı Hayk Mamicanyan öz Facebook səhifəsində yazıb. O, sabah Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovaya erməni əsirlərlə görüşün təşkili istəyi ilə müraciət edəcəyini bildirib.

Mamicanyan onların səhhətinin vəziyyəti və saxlanma şəraiti ilə tanış olmaq niyyətindədir.

O, bununla bağlı Minsk qrupunun həmsədr ölkələrinin səfirlərinə, MDB, Avropa Şurası, Avronest parlament assambleyalarının rəhbərlərinə, Avropa Parlamentinin sədrinə məktubla məlumat verəcəyini də qeyd edib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678