Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının iclası keçirilib

88 Baxış

Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, iclas Daşkənddə baş tutub. İclas çərçivəsində KOBİA və Özbəkistan prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678