Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ordumuz darmadağın edir: Araik “səfərbərliyə” çalışır…

86 Baxış

Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyətlərini davam etdirməyə çalışan separatçı-terrorçuların lideri Araik Arutyunyan “qismən” səfərbərlik elan edib.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bu arada, olduqca maraqlı sual yaranır. Rus sülhməramlılarının Qarabağa qaytarıb yerləşdirdikləri erməni əhalisinin sayı 27 min civarındadır. Bu “əhalinin” içindən “qismən səfərbərlik” deyəndə, ermənilər nəyi nəzərdə tutur, anlaşılmazdır.

Qeyd edək ki, Qarabağdakı qanunsuz erməni silahlıları bu gün səhər saatlarında Azərbaycan Ordusuna atəş açaraq, əsgərimiz Anar Kazımovu şəhid etmişdilər. Buna cavab olaraq Ordumuz antiterror əməliyyatına başlayıb.

İlkin məlumata görə, ən azı 4 erməni silahlısı məhv edilib, 15 silahlı isə yaralanıb.

Teleqram kanallarında Ordumuzun Qırxqız və Sarıoba yüksəkliklərini nəzarət altına aldığı bildirilir. Ordumuz eyni zamanda bir erməni hərbi hissəsini və 1 erməni postunu məhv edib.

Xocalı aeroportu ərazisində isə düşmənin S-125 kompleksinin və 10-a yaxın qüvvəsinin məhv edildiyi barədə məlumat var.

Hələlik Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlama yaymayıb.

 

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678