Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Londondakı səfirliyimizə hücum edənlər KİMLƏRDİR?

115 Baxış

Xəbər verdiyimiz kimi, bir qrup dini radikalçı Azərbaycanın Londondakı səfirliyinə hücum edib.

Turanmedia.az-ınməlumatkna görə, konkret.az Britaniya mətbuatına istinadən xəbər verir ki, hadisəni törədən “Mehdi Qulluqçuları Birliyi” adlı radikal qruplaşma, səfirliyə hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

Sözügedən qruplaşma 2008-ci ildə Londonda yaradılmış şiə müsəlman təşkilatıdır. Təşkilatın lideri Yaser Əl-Həbib mübahisəli bir din xadimidir, onun “Cənnət xanımı” filmi İslam tarixinin şərhinə görə bəzi sünni müsəlmanların etirazlarından sonra bu ilin əvvəlində İngiltərə kinoteatrlarından qaldırılıb. Böyük Britaniyada sığınacaq alan Əl-Həbib, Küveyt hakimiyyəti ilə mübahisələrdən sonra ölkədən çıxaraq radikalçılıqla məşğul olub.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678