Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin Azərbaycanın antiterror əməliyyatından DANIŞDI

99 Baxış

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi operativ müşavirədə Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyəti müzakirə edib.

Turanmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi məlumat yayıb:

“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət də müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili yerinə yetirilməsinin zəruriliyi vurğulanıb”, – deyə Peskov bildirib.

Qeyd edək ki, daha öncə Rusiyanın Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı sülhməramlı kontingentin məsuliyyət zonasında vəziyyətin gərginləşdiyini açıqlamışdı.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678