Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Adibekyan SƏRSƏMLƏDİ: “Azərbaycanlıların ölkəyə girişi təmin edilib, metro partlasa, təəccüblənməyin”

109 Baxış

“İrəvan metrosu nə vaxtsa partlasa, təəccüblənməyin”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bunu avqustun 9-da jurnalistlərlə görüşündə Azərbaycan üzrə ekspert Armine Adibekyan deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti azərbaycanlıların “Zvartnots” hava limanı vasitəsilə ölkəyə girişini təmin edib, ona görə də Ermənistan vasitəsilə Naxçıvana keçid təəccüblü deyil.

O, azərbaycanlıların Ermənistanın başqa yerlərində, o cümlədən İrəvanda da olacaqlarını və “terror hadisələri” törədəcəklərini “proqnozlaşdırıb”.

“İrəvan metrosu nə vaxtsa partlasa, təəccüblənməyin. Artıq bombaların qoyulduğuna dair yalan siqnallar var. Bu nə vaxtsa reallığa çevriləcək”, – deyə Adibekyan sərsəmləyib.

“Regionda sabit sülh şəraitində olsa belə, Türkiyə Prezidenti Ərdoğan sonuncu erməni məhv edilənəcən əl çəkməyəcək. Bu, türklərin tələbi və məqsədidir”, – “ekspert” çərənləyib.

O qeyd edib ki, Paşinyan 44 günlük müharibə zamanı hərbi əməliyyatlar prosesini sabotaj edib və indi də müharibə təhlükəsi altında erməniləri öz ərazilərini təslim etməyə məcbur edir.

“Ermənistan hakimiyyətinə insanların Qarabağa getməsi və oradakı insanları oyatması lazım deyil. Əksinə, onların sayıqlığını orada yumşaltmaq və bir gözəl gündə onların artıq Azərbaycan vətəndaşı olduqlarını bildirmək lazımdır. Qarabağ 1991-ci ildə olduğu kimi mühasirəyə alınıb, amma bu dəfə Ermənistan xain çıxdı. Paşinyanın yeganə funksiyası ona sövq edilənə imza atmaqdır”, – deyə Adibekyan sayıqlamalarına davam edib.

Son hadisələrdə yenə də Paşinyanı günahlandıran Adibekyan deyib:

“Paşinyan Azərbaycanın maraqlarına xidmət edir və 2018-ci ildə Ermənistanın maraqlarına zidd olan hərəkətlərin məntiqinə uyğun gəlir. Erməni kimliyini formalaşdıran elementlər parça-parça dağıdılır. Bir vaxt utanacağıq ki, biz erməniyik, bu da bizim ölkəmizdir. Bizi bu yola yönəltdilər. Bu gün Türkiyədə özlərini dağ türkləri adlandıran ermənilərlə də eyni şey oldu. Əgər bəzi savadsızlara elə gəlirsə ki, bununla hər şey bitdi, əslində, belə deyil. Hamısını təhvil verəcəklər”.

O, bildirib ki, erməni cəmiyyəti öz daxili satqınlarını cəzalandırmalıdır, yalnız bundan sonra xarici düşmənə qalib gəlmək olar.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678