Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müqtəda Sədrlə İran arasında ciddi narazılıq: siyasətdən getdi

82 Baxış

İraqda ən böyük kütləvi bazaya malik şiə dini və siyasi lideri Müqtəda əs-Sədr 2021-ci ilin oktyabrında keçirilən seçkilərdə qalib gəlsə də, hökumət qura bilməyib, daha sonra parlament qrupunda olan deputatlarını istefaya məcbur etdirərək siyasətdən getdiyini açıqlayıb. Sədrdən sonra hökuməti qurmaq vəzifəsi Koordinasiya Çərçivəsinə keçdi.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Koordinasiya Çərçivəsi keçmiş əmək və sosial işlər naziri Məhəmməd Şia Sudanini baş nazirliyə namizəd kimi seçdiyini elan etdikdən sonra Sədr tərəfdarları etiraz aksiyalarına başlayıb.

Sədr konstitusiya, məhkəmə idarəetməsi və rejim dəyişikliyi ilə növbədənkənar seçkilərin keçirilməsini istəyirdi. Onun rəqibi, İranın dəstəklədiyi Koordinasiya Çərçivəsi bu tələblərə etiraz edərək, bunun Assambleya tərəfindən həll edilməsinin lazım olduğunu bildirib.

Koordinasiya Çərçivəsi rəhbərlərinin “masaya qayıt” çağırışlarını cavabsız qoyan Sədr, bir daha onlarla barışıq masasına oturmayacağını söyləyib.

Müqtəda əs-Sədr bu gün siyasətdən tamamilə uzaqlaşdığını açıqlayıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678