Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Putin hələ də Ermənistan səfirini qəbul etməyib – Paşinyan NARAZILIQ EDİR

91 Baxış

Putin hələ də Ermənistan səfirini qəbul etməyib.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak”qəzeti yazıb.Nəşr bildirir ki, Vaqarşak Arutyunyanın Ermənistanın Rusiya Federasiyasına səfiri təyin olunmasından 8 ay keçsə də, o, hələ də etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim etməyib.

Qəzet yazır ki, diplomatik dairələrdə belə bir fikir var ki, Rusiya Federasiyasının Prezidenti bu yolla Ermənistanın Baş nazirinə və onun təyin etdiyi səfirə qarşı öz “xüsusi” münasibətini nümayiş etdirir. Çünki Rusiyanın rəsmi dairələri Ermənistan hakimiyyətindən çox narazıdır.

Arutyunyanın səfir kimi fəaliyyətindən narazı olan Paşinyan vəzifəyə başqa namizəd tapmağa hazırlaşır.

Ermənistan hakimiyyəti tərəfindən bu prosesi süni surətdə şişirdən başqa bir versiya da var.

“İrəvan Ermənistanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat alıb ki, Vaqarşak Arutyunyan Moskvada qapalı görüşlər zamanı dəfələrlə Nikol Paşinyanla heç bir əlaqəsinin olmadığını, özünün rusiyayönlü şəxs olduğunu və Baş nazirin siyasəti ilə razılaşmadığını bildirib”, –deyə qəzet yazır.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678