Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qərbin Putin qarşısında ən böyük səhvi

90 Baxış

Qərb nüvə müharibəsi törətmək qorxusundan dolayı öz qətiyyətsizliyi ilə hətta Vladimir Putini ruhlandırıb. Qərb Kiyevə öz ordusundan başqa hər şeylə kömək etməlidir ki, Ukrayna işğaldakı əraziləri azad edə bilsin.

Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Latviyanın müdafiə naziri Artis Pabriks deyib.

“Rusiya informasiya müharibəsi və təbliğatının əhəmiyyətli təsiri oldu. Qərbdə çoxları həqiqətən inanırlar ki, Ukraynaya hər hansı dəstək daha da gərginləşməyə gətirib çıxara bilər və Putini, Kremli, Rusiyanı narahat edər. Bu, böyük səhv idi, çünki Rusiyanı provokasiyaya çəkən yeganə şey zəiflikdir”, – Pabriks vurğulayıb.

“Ukraynanın Qərbdən zirehli texnika almaması üçün heç bir səbəb görmürəm. Niyə də olmasın? Sadəcə ona görə ki, Rusiya əsəbiləşə bilər?” – nazir əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678