Ceyhun Bayramov İspaniyaya getdi

70 Baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Madrid şəhərinə rəsmi səfərə yola düşüb.

Turanmedia.az xəbər verir ki, bu barədə XİN-dən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri və bir sıra digər yüksək səviyyəli rəsmi şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.