Babayan yenə SƏRSƏMLƏDİ: “Bizim üçün çoxdan qərarlaşdırılan şeyləri sizə deyənlərə inanmayın”

17 Baxış

Qondarma “Artsax”ın saxta xarici işlər naziri David Babayan yenə öz erməni xislətinə sadiq qalaraq sərsəm açıqlamalar verib.

Turanmedia.az-ın məlumatına görə, KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Babayan deyib:

“Bizim üçün çoxdan qərarlaşdırılmış şeyi sizə deyənlərə inanmayın. Yalnız qorxaq və azğın insanlar maddi nemətlər müqabilində vətənlərindən əl çəkməyə hazırdırlar. Cəmiyyətlərində nizam-intizam hökm sürən ən böyük və qüdrətli dövlətlər belə yer üzündən siliniblər, tarixdə belə nümunələr çoxdur. Eyni zamanda, ən kiçik dövlətlər və xalqlar isə çətin vəziyyətdə belə ləyaqət, iman, hikmət hökm sürərsə, cəmiyyətdə kollektiv ağıl varsa, istənilən çətinliyin öhdəsindən gələ bilər” – Babayan məntiqsiz və eyni zamanda erməni auditoriyasını sakitləşdirməyə yönəlik fikirlərini tamamlayıb.