Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ərdoğan: “Bu, Putini narahat edir və o HAQLIDIR”

86 Baxış

“Putin haqlıdır, taxıl ən kasıb ölkələrə çatdırılmır”.

Turanmedia.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zaqrebdə xorvatiyalı həmkarı Zoran Milanoviçlə keçirdiyi birgə mətbuat konfransında deyib. Prezidentlər regional prosesləri, o cümlədən Bosniya və Herseqovinadakı vəziyyət və Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər.

Türkiyə Prezidenti “taxıl müqaviləsi”nin effektivliyi ilə bağlı sualı cavablandırıb.

“Putin haqlıdır ki, “taxıl dəhlizi” vasitəsilə ən kasıb ölkələrə çatdırılma həyata keçirilmir. Çatdırılmalar inkişaf etmiş ölkələrə gedir. Ankara kənd təsərrüfatı məhsullarının ixracının da Rusiyadan başlamasına ümid edir və müdafiə edir. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyəm”, – deyə Türkiyə lideri bildirib.

Ərdoğan xatırladıb ki, “taxıl dəhlizi”nin formalaşdırılması ideyası ərzaq böhranı fonunda ən yoxsul ölkələrə dəstək mövzusuna əsaslanır.

“Anti-Rusiya sanksiyalarının davam etməsi fonunda Moskvaya məhdudiyyətlər tətbiq edən ölkələrə taxıl tədarükü Putini narahat edir. Biz Rusiyadan da kənd təsərrüfatı məhsullarının tədarükünün tərəfdarıyıq”, – deyə prezident bildirib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678